• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian European Club İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə biznes-forum keçirib

Caspian European Club İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə biznes-forum keçirib
29.08.2018 17:35
Caspian European Club-un İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyevin iştirakı ilə bu gün (29 avqust) təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı həyata keçirilən pilot layihənin Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında uğurla davam etdiyini bildirmişdir. Cənab Prezidentin sərəncamına əsasən həyata keçirilən bu layihə çərçivəsində pilot ərazilərdə görülən tədbirlərdən danışan sədr, sözügedən ərazilərdə Agentliyin tabeçiliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin strukturlarının yeniləndiyini, diaqnostik laboratoriyalarının yenidən qurulduğunu, İlkin Səhiyyə Xidmətinin təşkil edildiyini, ailə sağlamlıq mərkəzlərinin yaradıldığını xüsusilə vurğulayıb. Pilot tibb müəssisələrinin idarəedilməsi üçün xəstəxanalarda elektron sistemin geniş tətbiqinə başlanıldığını qeyd edən Z.Əliyev Agentlik tərəfindən yeni elektron xidmətin istifadəyə verildiyini də söyləyib.

Görülən bu kimi tədbirlərlə bağlı pilot ərazilərdə bir neçə istiqamətdə məmnunluq sorğularının keçirildiyini qeyd edən sədr ilkin nəticələrə əsasən əhalinin İTS-nin tətbiqindən məmnunluğunun yüksək olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Biznes-forum çərçivəsində Caspian European Club-un şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar səsləndirib, həmçinin bizneslə İcbari tibbi Sığorta üzrə Dövlət agentliyi arasında aktiv dialoqun davamı üçün təkliflər irəli sürüblər. Telman Əliyev İcbari Tibbi sığorta üzrə Dövlət agentliyinin direktoru vəzifəsinə təyin olunanadək Zaur Əliyevin Caspian European Club-un idarə heyətinin üzvü olduğunu, müxtəlif layihələrin müzakirəsində və həyata keçirilməsində fəal iştirak etdiyini qeyd edib.

Biznes-forumda çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Zaur Əliyevə minnətdarlığını bildirib.

Telman Əliyev bütün iştirakçıları Azərbaycan Respublikasının Hökumətinin və Caspian European Club-un dəstəyilə sentyabrın 20-də keçiriləcək 7-ci Beynəlxalq Caspian Energy Forum Baku-2018-də iştirak etməyə dəvət edib.

O qeyd edib ki, 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən "Əsrin müqaviləsi” imzalanıb. "Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulub. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda Caspian Forum Bakida təşkil edəcəyik. "Caspian Energy Forum Baku - 2018”in təşkili Caspian European Club-un yuxarı rəhbərliyinin yaratdığı yeni şərait sayəsində mümkün olub”, - deyə Telman Əliyev vurğulayıb.

Biznes-forum zamanı Zaur Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəa iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol