SOCAR Türk xalqını belə təbrik etdi

Azərbaycanın neft şirkəti olan SOCAR Türk xalqını Türkiyədə qeyd edilən Zəfər bayramı münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bayramla əlaqədar SOCAR-ın rəsmi Feysbuk hesabında Mustafa Kamal Atatürkün fotosunu paylaşaraq təbrik paylaşılıb. Təbrik mətnində qeyd edilib:
"Bu gün qardaş Türkiyədə Zəfər bayramı qeyd olunur. Bu bayram böyük dövlət xadimi Qazi Mustafa Kamal Paşanın başçılığı ilə qazanılan möhtəşəm Qurtuluş Savaşı zəfərinin şərəfinə adlandırılıb.
Azərbaycan neftçiləri olaraq, SOCAR-ın böyük layihələrinin gerçəkləşdiyi Türkiyə dövləti və qardaş türk xalqını ürəkdən təbrik edirik!”
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 





















