• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni qərar fermerlərin xeyrinədir?

Yeni qərar fermerlərin xeyrinədir?
05.09.2018 15:45
"Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına  dəstək verməkdir”.

Bunu "Qafqazinfo”ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli xaricdən idxal olunan kartofun rüsümunun artırılmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu məhdudiyyət qısa müddəti - oktyabrın 31-nə qədər olan dövrü əhatə edir: "Kənd Təsərrüfatı Nazirliyinin təklifi əsasında qüvvəyə minmiş bu qərarın məqsədi daxili istehsalı qorumaq, ölkədə istehsal olunan məhsulun bazarlarda realizə olunmasına  dəstək verməkdir. Məlumatlara görə, artıq bu gündən İran istiqamətində ölkəyə kartof idxalına məhdudiyyət qoyulub. Bu, sevindirici addımdır, çünki, bu il kartof sahələrində məhsuldarlıq yüksək olub, fermerlər məhsullarının satılmasında əziyyət çəkirdilər. Dövlət bu durğunluğa adekvat reaksiya verərək istehsal-satış prosesini canlandırmağa çalışır. 

Təqvimə əsasən, yazlıq kartof aprel-may ayları ("mayovka” deyilən) çıxarılır, mövsümi amillərə görə, satışında ciddi problem yaranmır. Əsas problem may-iyun aylarında yığılan məhsulla bağlıdır, iqlim amillərinə görə, bütün regionlarda eyni vaxtda yetişdiyi üçün, üstəgəl, isti aylarda "ikinci çörəy”ə təlabat aşağı düşdüyü üçün satış zəifləyir, saxlama gücü olmadığına görə fermerlər məhsullarını ümidini satışa bağlayır. Qısamüddətli bu qərar təbii ki, yerli kartofun satışına, təkrar istehsalına müsbət təsir göstərəcək.  Şübhəsiz ki, idxalın məhdudlaşdırılması fonunda yaxın iki ay ərzində vəziyyət xeyli dəyişəcək. Lakin kartofa tələbat daha çox soyuq aylarda artdığı üçün oktyabrdan sonrakı dövrdə idxal kartofu yenidən bazarlarımıza ayaq açacaq. Adətən, dekabr ayından etibarən əhalinin tələbatı ilə yanaşı qiymətdə qalxmağa başlayır. Hazırda iri topdansatış bazarlarında məhsulun bir kiloqramı 0.45-0.55 qəpik arasında dəyişir, əhalinin seçimində favorit isə Tovuzdan gətirilən kartofdur”. 

Ekspertin sözlərinə görə,  bu addım ölkənin ümumilikdə kartof idxalından asılılığını təkzib edə bilməz: "Rəqəmlərə görə, "ikinci çörək”ə ölkənin illik təlabatı 985 min tondur. Ötən il 58 min 772 min hektarda əkin aparılıb, 882 min ton məhsul tədarük olunub.  Statistikaya görə, tələbatla istehsal arasında olan fərq 103 min tondur. Lakin reallıqda ölkəyə payız-qış mövsümündə 160 min tona qədər kartof gətirilib. Bu ölkə tələbatının 16%-i təşkil edir. Üstəgəl, kartof ixracımız idxaldan azdır. Ötən il 58 min tona qədər kartof ixrac etmiş, əvəzində 160 min ton alıb gətirmişik. Əsas kartof idxal etdiyimiz ölkələr İran, Rusiya, Gürcüstan və Türkiyədir. İstehsal həcminə, coğrafi yaxınlığına görə, İran bu il kartof bazarımızın favoriti olacaq. 

Ölkənin kartof bazarındakı idxaldan asılılıq faktorunu aradan qaldırmaq üçün saxlama imkanlarının-soyuducu anbar komplekslərinin inkişaf etdirilməsi son dərəcə vacibdir. Saxlama imkanı olmadığı üçün məhsulu torpaqdan çıxan kimi satıb sonra qonşudan almaq məcburiyyətində qalırıq. İkinci ən ciddi problem ölkədə kartof toxumunun yetərincə olmamasıdır. Kartof toxumu Rusiya, Ukrayna, Polşadan gətirilir ki, bu da məhsulun maya dəyərinə ciddi təsir göstərir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
Азербайджанская нефть подешевела
İqtisadiyyat 10:22
Азербайджанская нефть подешевела
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol