• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar

“Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar
08.10.2014 15:16
“Nar Mobile” ticarət nişanıyla fəaliyyət göstərən “Azerfon” şirkəti ilə “Pal Food” MMC, “Palmalife” MMC və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında ikiillik tərəfdaşlıq müqavilələri imzalandı. 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmalara əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürdülər. Eyni zamanda, “Azerfon” şirkəti və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında imzalanmış sponsorluq razılaşmasına görə, “Azerfon” şirkəti “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə onun tərəfdaşı oldu.Ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermiş bir holdinqlə imzalanmış bu razılaşmadan son dərəcə məmnun olduğunu ifadə edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, müxtəlif sahələrdə ixtisaslaşmış “Palmali” şirkətlər qrupunun uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdiğını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğuladı.Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması qida sənayesi, turizm və idman sahələrində öz sözünü demiş müəssisələr və ölkənin aparıcı mobil operatoru arasında bütün səviyyələrdə uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında imzalanmış sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirildi ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaqdır.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol