• $
  • €
  • ₽
  • ₺
  • £

"Kapital Bank" iqtisadi islahatlarla bağlı konfransda iştirak edib

"Kapital Bank" iqtisadi islahatlarla bağlı konfransda iştirak edib
04.04.2019 10:12
Kapital Bank 29 mart 2019-cu il tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə təşkilatçılığı ilə Bakıda keçirilən "İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və diversifikasiya” adlı beynəlxalq konfransda iştirak edib. 

Tədbir zamanı İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, OECD-in Qlobal Əlaqələr Katibliyinin Avrasiya bölməsinin rəhbəri Vilyam Tomson, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova və Kapital Bank-ın Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə mövzu ilə bağlı çıxışlar ediblər. Beynəlxalq konfransda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.EnterpriseAzerbaijan.com portalı təqdim olunub.

"Dövlət qurumlarının son dövrlərdə apardığı məqsədyönlü işlərin nəticəsində sahibkarların rəsmi dövriyyələri artır, həmçinin maliyyə əlçatanlığı asanlaşır. İri korporativ müştərilərlə yanaşı Kiçik və Orta Sahibkarlıq subyektlərinin də ölkə iqtisadiyyatında mühüm rol alması biz bankların ən prioritet istiqamətlərindən biridir. Kapital Bank olaraq bu prosesi yaxından izləyir və bu inkişafa öz töhfələrmizi veririk. Kiçik və Orta Sahibkarlığın inkişafı istiqamətində bir sıra yeni məhsullarımızı müştərilərin ixtiyarına vermişik”, - deyə, Kapital Bank-ın Baş Korporativ Satış inzibatçısı Fərid Hidayətzadə bildirib.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir. Yeni məhsullardan olan faktorinq, qarantiya, akkreditiv, bankın öz vəsaiti və xüsusi fondlar vasitəsilə maliyyələşmələr müştərilərə təqdim olunur. Sürətli təhlil prosesi, təminatın əksər hallarda tələb olunmaması və aşağı faizlər Kapital Bank-ın bazarda ən yaxşı şərtlər təklif etməsinə bir sübutdur.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol