Qurbanlıq heyvanların satışı təşkil ediləcək

Bakıda Qurban Bayramı ilə əlaqədar ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.ANN.Az İqtisadiyyat və sənaye nazirliyinə istinadən xəbər verir ki, məqsəd əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.Satış İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil olunacaq.Satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















