• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakı Metropoliteni”ndə dəyişiklik

“Bakı Metropoliteni”ndə dəyişiklik
15.09.2014 12:06
Bu gündən etibarən “Bakı Metropoliteni” QSC qatarların qış qrafiki üzrə hərəkəti təmin edib. Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.Onun sözlərinə görə, iyulun 17-dən etibarən metropoliten yay qrafiki ilə fəaliyyət göstərib: “Bu qrafikə görə xəttə buraxılan qatarların sayı 24 cüt, qatarlar arasındakı intervallar isə 4-6 dəqiqə artırılıb. Biz sərnişin sıxlığını nəzərə alaraq bu addımı atmışdıq”. N. Paşayev deyib ki, yay rejimində gündəlik olaraq metronun xidmətindən 400-450 min sərnişin istifadə etdiyi halda, qış rejimində metrodan gündəlik olaraq 700 min sərnişin istifadə edir. “Biz əlimizdə olan imkanlardan istifadə edərək həmin qatarların əsaslı və cari təmirlərini, eskalatorlarını və digər texniki avadanlıqlarının baxış və təmirlərini həyata keçirmişik. Hər il olduğu kimi, bu il də sentyabrın 15-də “Bilik günü” ilə əlaqədar şagirdlərin, müəllimlərin və tələbələrin dərs ilin başlaması ilə əlaqədar metropolitendə sıxlığın müşahidə edilməsi əvvəlcədən bilinən idi”, - deyə  o bildirib. QSC rəsmi bildirib ki, sentyabrın 15-dən etibarən “Bakı Metropoliteni” qış qrafiki ilə fəaliyyət göstərir: “Bununla bağlı artıq xətlərə 30 cüt qatar buraxılıb. İntervallar da maksimum dərəcədə azaldılıb. Pik və qeyri-pik saatlarında intervalların vaxtı artırılıb. Hazırda intervallar arasında 1,5-2,5 dəqiqədir”. Səhər saatlarında metropolitenin bütün stansiyalarında normal olaraq sıxlıq müşahidə olunduğunu deyən N. Paşayev, hər hansı xoşagəlməz hadisə qeydə alınmadığını da vurğulayıb. Qeyd edək ki, qış mövsümü tədris ilin yekunlaşana qədər davam edəcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol