• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının “Yuventus” co-brand kartları artıq filiallarda satışda!

Azərbaycan Beynəlxalq Bankının “Yuventus” co-brand kartları artıq filiallarda satışda!
25.06.2019 12:00
İtaliyanın "Yuventus” futbol klubunun regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankının klubla müştərək brendləşdirilmiş (co-brand) Mastercard Platinum debet kartlarını artıq bankın filiallarında əldə etmək olar. Xüsusi dizayn və özəlliklərə malik kartları həm bankın istənilən filialında, həm də bu link vasitəsilə sifariş edib almaq mümkündür: https://www.ibar.az/az/yuventus/

Co-brand kartları AZN, USD və EUR hesabında açılır. 3 il müddətinə nəzərdə tutulmuş kartların sayı məhdud  - cəmi 3 min ədəddir. Kart müddəti 3 il, xidmət haqqı isə cəmi 30 manatdır. Müştərilər bu kart vasitəsilə istədikləri ödəniş əməliyyatlarını həyata keçirə bilərlər. Ən əsası, kartla Azərbaycan Beynəlxalq Bankının ATM-lərində nağdlaşdırma zamanı heç bir komissiya haqqı tutulmur.

Kart  "cash-back” funksiyasına da malikdir. Bütün alış-veriş məkanlarında bu kartla aparılan ödənişlərin 1%-i "cash-back” olaraq müştərinin kartına geri qayıdır. Azərbaycan Beynəlxalq Bankının "Xərclədikcə gəlir” sloqanı ilə reallaşdırdığı "Qayğıkeş” layihəsi çərçivəsində isə bankla tərəfdaş məkanlarda bu kart və bankın POS terminalları ilə aparılmış ödənişin 5%-dən 40%-dək hissəsi elə yerindəcə müştərinin hesabına geri ödənir. Kart Azərbaycan Beynəlxalq Bankının SMS Xəbərdarlıq sisteminə pulsuz qoşulur. Üstəlik, bu kartla "Yuventus” futbol komandasının rəsmi internet səhifəsində edilən hər bir alış-veriş məbləğinə 2% "cash-back” geri qayıdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
İqtisadiyyat 17:28
2027-ci ildə AÇG blokunda dərin qatlardakı qazın hasilatı kommersiya səviyyəsinə çata bilər
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat 17:24
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:17
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
İqtisadiyyat 15:12
Xaricdə yaşayanlara pensiya və müavinətlərin elektronlaşdırılması müzakirə olunur
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
İqtisadiyyat 14:37
"Qarabağ" yatağı üzrə yekun investisiya qərarı gələn il ərzində qəbul olunacaq
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
İqtisadiyyat 11:41
Xəzər sahilində 3 200-dən çox tikilidə qanunvericiliyə uyğunsuzluq aşkarlanıb
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
İqtisadiyyat 10:13
Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq
Azərbaycan nefti 97 dollara ticarət olunur
İqtisadiyyat 09:58
Azərbaycan nefti 97 dollara ticarət olunur
Qızlın qiyməti ucuzlaşıb
İqtisadiyyat 09:25
Qızlın qiyməti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol