• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni park salınır - VİDEO

Bakıda yeni park salınır - VİDEO
22.08.2014 15:04

Sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.

Paytaxtın Xətai rayonu, Babək prospekti, 78 ünvanında yerləşən bağda ağacların yandırılması faktını araşdırdıqdan sonra aidiyyatı qurumlar hərəkətə keçdi.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, sakinlərin müraciəti ilə əvvəllər zibillik olan bu ərazi elə onların xahişilə sökülüb və tullantılar ərazidən uzaqlaşdırılıb. Ancaq qalan hissənin yandırılması və bu səbəbdən ağaclara dəyən ziyan bina sakinlərinin narazılığına səbəb olmuşdu.

Bu gün isə artıq ərazidə işlərə başlanılıb. Xeyli tullantı yük maşınları vasitəsilə bağdan daşınıb. Sakinlər isə bunun müvəqqəti olmamasını istəyir.

29 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Vəli Əzizov isə sakinləri arxayın etdi ki, narahatlığa heç bir əsas yoxdur. İşlər dayandırılmayacaq və bütün tullantıların ərazidən uzaqlaşdırılması üçün hər cür texnika cəlb ediləcək.

Xətai Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, sözügedən ünvanda bütün lazımi tədbirlər görüləcək. Təmizləmə işləri tamamlandıqdan sonra layihəyə uyğun olaraq sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.

Deyilənlərə inansaq, sakinlər yaxın iki ay ərzində tamamilə yenilənmiş bağa sahib olacaqlar. Bir az səbir və yenilikdən yararlanma şansı sizindir.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol