• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bunlar da bahalaşdı - Siyahı

Azərbaycanda bunlar da bahalaşdı - Siyahı
06.08.2014 10:17
İyul ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,6 faiz, o cümlədən birillik və çoxillik bitkilərin istehsalçı qiymətləri müvafiq olaraq 7,4 və 3,5 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,4 faiz bahalaşıb.Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir.“Birillik bitkilərdən açıq sarı qarğıdalının istehsalçı qiymətləri 29,4 faiz, qarğıdalı dəninin 22,6 faiz, tərxunun 18,8 faiz, yoncanın 5,2 faiz, quru otun istehsalçı qiymətləri 2,4 faiz bahalaşıb, pomidorun 32,6 faiz, payızlıq bərk buğda toxumunun 27,5 faiz, bibərin 25,5 faiz, qarpız və yemişin 21,4 faiz, noxudun 20,0 faiz, badımcanın 15,6 faiz, baş sarımsağın 12,5 faiz, payızlıq arpa dəninin istehsalçı qiymətləri isə 8,9 faiz ucuzlaşıb.Çoxillik bitkilərdən şaftalının 23,2 faiz, gavalı və göyəmin 18,5 faiz, alçanın 15,8 faiz, armudun 14,0 faiz, almanın 11,8 faiz, albalı və gilasın 11,2 faiz, fındığın istehsalçı qiymətləri 10,8 faiz ucuzlaşıb, moruq və böyürtkənin 79,4 faiz, süfrə üzümünün 43,4 faiz, limonun istehsalçı qiymətləri 12,9 faiz bahalaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 21,6 faiz, arı ailəsinin 14,3 faiz, dişi dananın 2,9 faiz, cöngənin 2,4 faiz, təbii balın istehsalçı qiymətləri 0,9 faiz bahalaşıb, erkək qazın 22,2 faiz, yumurtalıq-ətlik və ətlik cinsli toyuqların 11,1 faiz, donuz ətinin (diri çəkidə) 10,1 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun isə istehsalçı qiymətləri 2,4 faiz ucuzlaşıb”, - məlumatda deyilir.Qeyd edək ki, ötən ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol