• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvadan Qəbələyə yeni aviareys açılıb

Moskvadan Qəbələyə yeni aviareys açılıb
25.07.2014 15:53
Aviabiletin qiyməti 69 avrodur.Rusiyanın “Metrojet” Aviaşirkəti Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.APA xəbər verir ki, iyulun 24-də axşam saatlarında Qəbələ Beynəlxalq Hava Limanında Moskvadan gələn ilk təyyarənin təntənəli qarşılanma mərasimi olub. Yeni beynəlxalq aviareysin ilk sərnişinlərinin qarşılanması münasibətilə Qəbələ aeroportunda keçirilən tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, “Metrojet” aviaşirkətinin baş direktoru Mordvintsev Sergey Petroviç, şirkətin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rəhim Əliyev, “Qlobus” turizm şirkətinin rəhbəri, “Metrojet” aviaşirkətinin Azərbaycandakı tərəfdaşı Eldəniz Səfərov və başqaları iştirak ediblər.Mərasimdə məlumat verilib ki, Bakı vaxtı ilə saat 18:00-da Moskvanın Domodedovo aeroportundan havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 20:30-də Qəbələ Beynəlxalq Hava Limanına enib. Təyyarənin göyərtəsində 180 sərnişin olub. Qəbələdən isə təyyarə həmin gün saat 22:00-də Moskvaya uçub. Qəbələdən Moskvaya uçan təyyarənin göyərtəsində isə 175 sərnişin olub. Uçuşlar “Airbus-320” avialayneri ilə hər həftənin 2, 4 və 6-cı günləri yerinə yetiriləcək.Moskvadan Qəbələyə aviabiletin qiyməti 69 avrodur. Tədbirdə bildirilib ki, “Metrojet” şirkəti gələcəkdə Moskvadan Qəbələyə gündəlik aviareyslər təşkil etməyi, eləcə də Qəbələdən Rusiyanın digər şəhərlərinə uçuşlar keçirməyi planlaşdırır. Hazırda “Metrojet” aviaşirkəti “Qlobus” turizm şirkəti ilə birgə Rusiyadan olan turistlər üçün Qəbələ və Azərbaycanın digər turizm rayonlarına müntəzəm turpaketlər təşkil edir. Qəbələdən xarici ölkəyə yeni müntəzəm aviareysin açılmasında əsas məqsəd sərnişinlərə xidmət etməklə yanaşı, ölkəmizdə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qəbələdə, şimal və şimal-şərq rayonlarında turizmin inkişafına təkan vermək, xarici turistləri bölgəyə cəlb etməklə yerli turizmin imkanlarını nümayiş etdirməkdir.Çıxışlarda qeyd edilib ki, bu günədək Qəbələ Beynəlxalq Hava Limanından Avropanın 20-dən çox ölkəsinə dəfələrlə, Afrika və Amerika qitələrinin hər birinə isə bir dəfə uçuşlar olub. Hazırda isə Qəbələ Beynəlxalq Hava Limanından müntəzəm olaraq Qəbələ-Moskva-Sankt-Peterburq, Moskva-Qəbələ, Bakı-Qəbələ aviareysləri həyata keçirilir. 2012-ci ilin noyabrından Moskva-Qəbələ və Qəbələ-Moskva-Sankt-Peterburq marşrutu üzrə həyata keçirən müntəzəm aviareysləri Rusiyanın “EK.Alyans” Aviaşirkəti yerinə yetirir.

Qeyd edək ki, Qəbələ Beynəlxalq Aeroportu 2011-ci il noyabrın 18-də istifadəyə verilib. Aeroportun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol