Bakıda yeni park salınır

Nəsimi rayonu ərazisindəki Cavadxan küçəsindəki parkın tikintisi başa çatmaq üzrədir. Bu barədə Day.Az saytına tikinti rəhbəri Urfan Hüseynov bildirib. Onun sözlərinə görə, layihənin sifarişçisi Nəsimi rayon İcra Hakimiyyətidir. Park iki hissədən ibarətdir. Ümumi sahəsi 2,5 hektardır. Burada 10 min kvadrat metrlik qazon örtüyü əkilib. Parkda oturacaqlar, zibil qutuları, böyük fəvvarə, müasir işıq sistemləri, 4 ədəd heykəl, attraksion və dəmir yolu olan uşaq əyləncə bucağı, süni şəlalə, iki yeraltı ayaqyolu tikilib. Dekoratov ağaclar və kollar əkilib. //Milli.az
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















