• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika və EBRD əməkdaşlığını gücləndiri

Bank Respublika və EBRD əməkdaşlığını gücləndiri
12.06.2020 10:11

Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən Bank Respublika, Avropa Birliyi (AB) tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı”na qoşulub. EBRD-nin Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi "Bank Respublika”nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.

Sazişə əsasən Bank Respublika, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini daha da təkmilləşdirərək ən qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdıracaq. Bu məqsədlə nüfuzlu beynəlxalq konsaltinq şirkəti Banka texniki dəstək göstərəcəkdir. Bank Respublika və EBRD arasındakı bu yeni əməkdaşlıq sahəsi, EBRD tərəfindən kiçik və orta biznes subyektlərinin kreditləşməsini dəstəkləmək üçün banka verdiyi kredit xətlərinin, habelə AB-nin də dəstəyi ilə Azərbaycanın bölgələrindəki fermer və kənd təsərrüfatı müəssisələrinə verilən kreditlərin uğurla həyata keçirilməsinə əsaslanır.

Qeyd edək ki, respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq, əhaliyə mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol