• $
  • €
  • ₽
  • ₺
  • £

Fermer sahibkarlar üçün xoş xəbər

Fermer sahibkarlar üçün xoş xəbər
19.06.2020 10:29

  
Fermerlərə aqrar kreditlərin verilməsi imkanlarının genişləndirilməsi, bu sahədə kreditləşmə prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə yeni saziş imzalayıb. 

Saziş Banka kredit müraciətlərinin təhlili zamanı IFC-in kənd təsərrüfatı risklərinin qiymətləndirilməsi alətini (CLARA) tətbiq etməyə şərait yaradacaq. Bu isə risklərin qiymətləndirilməsinin, kreditləşmə prosesinin avtomatlaşdırılmasına imkan verəcək.  Fermerlər Azərbaycan Beynəlxalq Bankının ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək aqrar kreditləri daha sadə prosedurlarla və sürətli şəkildə əldə edə biləcəklər. 

Azərbaycan Beynəlxalq Bankının korporativ bankçılıq üzrə Baş direktoru  Nərgizxanım Biləndərli IFC ilə bağlanmış sazişin başqa istiqamətlərdə də faydalı olacağını bildirib: "Bu əməkdaşlıq fermerlərin kredit məhsulları ilə bağlı ehtiyaclarının daha aydın təhlilinə imkan verəcək. Fermerlərin ehtiyacına uyğunlaşdırılmış aqrar kredit məhsulları yaradılacaq. Beləliklə, seçim imkanları genişlənəcək. Onlar sırf ehtiyaclarına uyğun kredit məhsulları əldə edə biləcəklər”. 

Qeyd edək ki, IFC-in CLARA aləti kənd təsərrüfatı kreditləşməsində risk qiymətləndirmə prosesini inkişaf etdirən yeni vasitədir. IFC bu aləti İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ilə birgə həyata keçirdiyi "Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznesin Rəqabətliliyi Layihəsi” çərçivəsində hazırlayıb.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol