• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda quş ətinin qiyməti bahalaşdı

Azərbaycanda quş ətinin qiyməti bahalaşdı
11.07.2014 18:16
Quş ətinin (diri çəkidə) istehsalçı qiymələri 21,6 faiz bahalaşıbİyun ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,6 faiz ucuzlaşıb.ANS PRESS-in Dövlət Statistika Komitəsinə istinadala verdiyi məlumata görə, birillik bitkilərin istehsalçı qiymətləri 2,5 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri 0,5 faiz ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,0 faiz bahalaşıb.Birillik bitkilərdən günəbaxan toxumunun istehsalçı qiymətləri 0,6 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşmış, arpanın istehsalçı qiymətləri 4,3 faiz, payızlıq arpa toxumunun 1,0 faiz, yaşıl lobyanın 0,4 faiz, göyərtilərin 3,6 faiz, xiyarın 19,0 faiz, badımcanın 60,2 faiz, pomidorun 5,0 faiz, baş sarımsağın 1,2 faiz, baş soğanın və kartofun 0,2 faiz, quru otun istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşıb.Çoxillik bitkilərdən gilasın istehsalçı qiymətləri 5,0 faiz, alçanın 3,1 faiz, fındığın istehsalçı qiymətləri 3,9 faiz ucuzlaşıb, limonun istehsalçı qiymətləri isə 3,7 faiz bahalaşıb.Diri heyvanlar və heyvandarlıq məhsullarından qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,4 faiz, diri ev quşlarının 0,2 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymələri 21,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,6 faiz, camışın 2,0 faiz, mal ətinin (diri çəkidə) 0,2 faiz, südün 1,4 faiz, diri qoyun və keçilərin 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 2,2 faiz, yumurtanın 3,1 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,1 faiz ucuzlaşıb.Ay ərzində balıq və sair balıqçılıq məhsullarının və meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol