• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank Visa kartlarına endirim verən partnyorlara əlverişli imkanlar təqdim edir

Kapital Bank Visa kartlarına endirim verən partnyorlara əlverişli imkanlar təqdim edir
26.06.2020 15:36

 
Kapital Bank sahibkarlıqla məşğul olanlara, həmçinin partnyor olmaq istəyənlərə mütəmadi olaraq güzəştli aksiya və kampaniyalar təqdim edir. Bu dəfə təqdim olunan yeni layihə Visa International şirkəti ilə birgə həyata keçirilir. Layihədə Azərbaycan və dünya üzrə bütün Visa premium kartları iştirak edir.
 
Şərtlərə görə, partnyorlar Visa premium kartları ilə nağdsız ödənişlər edən müştərilərə faiz endirimləri verərək, bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Belə ki, Visa Classic, Gold, Platinum, Signature və Infinite kart sahiblərinə endirim təqdim edən partnyorlar, Kapital Bank-ın endirimli komissiyalardan bəhrələnə, POS terminal və e-Commerce layihəsinə pulsuz qoşula bilərlər.
 
Həmçinin endirim təqdim edən şirkətlərin internet saytları olmazsa, onlara pulsuz sayt hazırlanma imkanı təqdim ediləcək. Əlavə olaraq bu layihə vasitəsi ilə partnyorlar ölkədaxili və xaricdə yeni müştərilər qazanacaqlar.
 
Müraciət etmək istəyənlər (050) 255 01 96 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol