• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Türkiyədən tibb mütəxəssisləri dəvət olunub

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə  Türkiyədən tibb mütəxəssisləri dəvət olunub
28.07.2020 10:18
Regionun aparıcı banklarından olan Azərbaycan Beynəlxalq Bankı koronavirus pandemiyasına qarşı mübarizə üçün xaricdən ölkəmizə tibb mütəxəssislərinin gətirilməsinə dəstək verir. Bankın maliyyə dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə qardaş Türkiyənin "Acıbadem” xəstəxana və tibb mərkəzləri qrupundan mütəxəssislər cəlb olunub.

Türkiyədən dəvət edilmiş həkim və tibb bacıları bu xəstəliyin müalicəsində geniş təcrübə qazanmış peşəkarlardır. Onların gəlişi uzun müddətdən bəri ölkəmizdə koronavirusa qarşı mübarizə aparan yerli tibb işçilərinin fədakar əməyinə dəstək olacaq. Xəstələrin müalicəsində faydalı təcrübə mübadiləsinə imkan verəcək.
 
Azərbaycan Beynəlxalq Bankı özünün korporativ sosial məsuliyyət strategiyası çərçivəsində ilk günlərdən koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək olmağa çalışır. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat məbləğində ianə edib. Pandemiya dövründə həm korporativ, həm də fərdi müştərilərin işini asanlaşdıran, banka gəlmək ehtiyacını aradan qaldıran innovativ həllər təqdim edib. Sahibkarlara bir sıra güzəştlər edib, yeni imkanlar yaradıb. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol