• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə proqramı elan etdi

Azərbaycan Beynəlxalq Bankı gənclər üçün təcrübə  proqramı elan etdi
06.08.2020 14:56
İstedadların inkişafına davamlı dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir layihəsini elan edib. Bank yeni məzunlar və tələbə-magistrlər üçün təcrübə proqramına başlayıb. Bankçılıq fəaliyyətinə marağı olan gənclər bu proqramda iştirak edərək həm faydalı bilik və bacarıqlar qazana, həm də təcrübə müddətində yüksək nailiyyət göstərib Azərbaycan Beynəlxalq Bankında işə qəbul oluna bilərlər.

Ali məktəblərdən 2018, 2019, 2020–ci illərdə məzun olan, yaxud magistratura pilləsində təhsil alan hər bir şəxsə seçim prosedurlarından keçərək proqramda iştirak imkanı yaradılıb.

Proqrama qəbul onlayn qaydada aparılır. İştirak etmək istəyən gənclər buradan qeydiyyatdan keçməlidirlər. İlkin seçim zamanı Bankın fəaliyyət istiqamətlərinə uyğun ixtisaslar üzrə təhsil alan namizədlərə üstünlük veriləcək. Qəbul tələblərinə uyğun gələn namizədlər əvvəlcə IQ testindən, keçid balını topladıqları təqdirdə isə xarakter testindən keçəcəklər. Müsahibə mərhələsində də uğur qazanmış bütün namizədlər proqramda iştirak edəcəklər.  
   
Təcrübə proqramının müddəti 4 aydır. Bu müddətdə iştirakçılar real iş mühiti ilə tanış olacaqlar. Bank əməkdaşlarının rəhbərliyi altında çalışaraq praktik biliklərə yiyələnəcəklər. Bankın təşkil etdiyi təlimlərdə iştirak edə biləcəklər. İştirakçılara müəyyən məbləğdə aylıq ödəniş də nəzərdə tutulub.

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: "Azərbaycan Beynəlxalq Bankı istedadların yetişdirilməsini və onların inkişafının dəstəklənməsini əsas missiyalarından biri kimi müəyyənləşdirib. Bu istiqamətdə ardıcıl layihələr həyata keçiririk. Təcrübə proqramımız da, gənclərin peşəkar bacarıqlara yiyələnməsinə, uğurlu karyera  qura bilməsinə faydalı olacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.
 
 
 
 
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol