• $
  • €
  • ₽
  • ₺
  • £

“AccessBank”ın əsas səhmdarı Azərbaycanı dəstəkləməyə davam edi

“AccessBank”ın əsas səhmdarı Azərbaycanı dəstəkləməyə davam edi
09.09.2020 18:17
Asiya İnkişaf Bankının İdarə Heyəti 2021-2023-cü illər üçün biznes plan təsdiqləyib və bu çərçivədə Azərbaycana 780 milyon dollar məbləğində vəsait ayırmağa hazırdır. Biznes plana əsasən, AİB bu dövrdə Azərbaycana təhsil, irriqasiya, biznesə dəstək, iqtisadi islahatların dəstəklənməsi və dəmir yollarının inkişafı layihələri üçün 5 kredit ayıracaq.

Bununla yanaşı, 2021-ci ildə Bank ölkə üçün 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə 325 milyon dollar məbləğində krediti ehtiyatda saxlayıb. AİB bu illərdə Azərbaycana iqtisadi islahatları dəstəkləmək üçün 500 milyon dollar kredit ayırmağı da planlaşdırır. Bank, krediti hər biri 250 milyon dollar olmaqla, 2 dəfəyə təqdim etməyi nəzərdə tutur. Yüksək texnologiyalar və innovasiyalar sahəsində layihələrin hazırlanması üçün isə AİB daha 15 milyon dollar ayıracaq.

Bank 2021-2023-cü illərdə Azərbaycana həmçinin 4,5 milyon dollar məbləğində texniki yardım da göstərəcək. 

"Azərbaycan və Asiya İnkişaf Bankı artıq 20 ildir ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində tərəfdaşlıq əlaqələrini inkişaf etdirir, layihələr həyata keçirirlər. AİB-ın bu yaxınlarda təsdiqlənmiş biznes planına əsasən, bizim ortaq fəaliyyətlərimizin əsas istiqamətləri razılaşdırılıb. Pandemiyaya baxmayaraq işlər davam etdirilir.” - deyə təşkilatın Azərbaycan üzrə direktoru Nəriman Manapbekov bildirib.

Asiya İnkişaf Bankı Azərbaycanın ən böyük tərəfdaşı kimi 1999-cu ildən bəri ölkəyə 5 milyard dollardan çox maliyyə dəstəyi göstərib. AİB-ın Azərbaycanla tərəfdaşlıq strategiyası özəl sektorun inkişafı, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının güclənməsinə kömək etmək məqsədi daşıyır.

Asiya İnkişaf Bankı səhmlərin 19,90%-nə sahib olmaqla, "AccessBank”ın əsas səhmdarıdır. "AccessBank” 2002-ci ildən bəri kiçik və orta sahibkarlara xidmət göstərir və 18 ildir Azərbaycanda mikrokreditləşmə üzrə liderdir. Bankın səhmdarları arasında AİB ilə yanaşı Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və s. kimi beynəlxalq təşkilatlar yer alır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol