• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi

Yelo Bank yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi
24.09.2020 17:28

 
Yelo Bank-dan növbəti yenilik. Bu dəfə Bank korporativ müştərilərin məsafədən xidməti üçün yeni İnternet bankçılıq xidmətini istifadəyə verdi. Yeni xidmət müştərilər üçün özünəməxsus dizaynı və rahatlığı ilə seçilir. Artıq müştərilər harada olmaqlarından asılı olmayaraq, filiala gəlmədən, günün istənilən saatında yeni xidmətin bir çox faydalı funksiyalarından yararlana biləcək:

•           Gücləndirilmiş elektron imza (Asan imza) və OTP ilə daxil olma və əməliyyatların təsdiqi imkanı
•           Bir və ya bir neçə hesab üzrə gəlir və xərclərin dinamikasının qrafikini izləmək imkanı
•           Ödənişlərin müddətini əhəmiyyətli dərəcədə azaldacaq şablonların yadda saxlanılması və avtomatik ödənişlərin yaradılması funksiyaları
•           Məzənnənin rezervasiyası imkanı. Bu funksiya optimal valyutanın alış-satış nisbətini əldə etməyə imkan verir
•           Kredit sifarişi
•           Kreditlər haqqında məlumat və ödəniş cədvəli
•           Kartların onlayn idarəedilməsi (mədaxil, bloklaşdırma, blokdan çıxarılma)
•           Bütün işçilərin əmək haqlarının bir dəfəyə ödənilməsi imkanı
•           Fərdi funksionallığı olan işçilərin əlavə edilməsi
•           Kütləvi ödənişlər
•           Hesabdan çıxarışların avtomatik göndərilməsi
•           Xarici köçürmələr
•           SMS bildiriş
•           Xəbərlər bloku.
 
Bütün bu funksiyalar şirkətlərin işini rahatlaşdırmaq, sənədləşmənin həcmini azaltmaqla yanaşı, şirkət hesabları və əməliyyatlarına nəzarəti də gücləndirəcək. Yelo Bank müştəriləri onlayn qeydiyyatdan keçə (https://ibank.yelo.az/en/login), yeni müştərilər isə internet bankçılıq xidmətinin bütün üstünlüklərindən yararlanmaq üçün Yelo Bank-da hesab aça bilər.
Yeni xidmətin təqdimat videosu: http://bit.ly/ibankvid
 
Layihə Corezoid Process Engine texnologiyasının bazası əsasında Yelo Bank-ın texnoloji tərəfdaşı olan Middleware (ABŞ) şirkəti ilə birgə hazırlanılıb. İnternet bankçılıq xidmətinin istifadəyə verilməsi bankın rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Yelo-nu izləməyə davam edin. Çünki tezliklə öz yenilikləri ilə sizin bankçılıq təcrübənizi dəyişəcək.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol