• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı Cəbrayılda filial açmaq qərarını elan etdi

Azərbaycan Beynəlxalq Bankı Cəbrayılda filial açmaq  qərarını elan etdi
05.10.2020 11:56
Azərbaycan ordusu dünən Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra Azərbaycan Beynəlxalq Bankı Cəbrayıl filialını açma qərarını elan edib. Bununla bağlı Bankın İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar verilib və qərar korporativ idarəetmə prosedurlarına uyğun şəkildə təsdiq üçün Müşahidə Şurasına təqdim edilib. 

Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq Bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. Rayonda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən Cəbrayıl sakinləri ilk günlərdən Azərbaycan Beynəlxalq Bankının yerli filiallarının məhsul və xidmətlərindən istifadə edə biləcəklər. Dağlıq Qarabağ və ətrafdakı digər rayonlarımız Ermənistan silahlı birləşmələrindən təmizləndikcə Bank bu ərazilərdə də yeni filiallarını açmaqda qərarlıdır. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "İdarə Heyətimizdə bu qərarı qəbul edərkən keçirdiyimiz hissləri izah etmək mümkün deyil. Belə bir günü uzun illər idi ki, gözləyirdik. Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuzu reallığa çevirdi. Azərbaycan Beynəlxalq Bankının indiyə qədər 37 filialı, 39 şöbəsi mövcud idi. 38-ci filialımızın məhz Cəbrayıl filialı olması Bankımızın tarixində də möhtəşəm bir hadisədir. Arzu edirik ki, yaxın günlərdə Ordumuzun işğaldan azad etdiyi digər rayonlarımızda da yeni filiallar aça bilək. Qəhrəman hərbçilərimizin düşməndən təmizlədikləri ərazilərimizin inkişaf mərkəzinə çevrilməsində Azərbaycan Beynəlxalq Bankı olaraq biz də yaxından iştirak edəcəyik”.

İşğaldan azad edilmiş rayonlarda açılan bank filialları əhalinin qayıdışı proqramının reallaşdırılmasında, regionda quruculuq işlərinin, sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsində, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasında çox mühüm funksiya yerinə yetirəcək.    







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol