• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's “Bank Respublika”nın yüksək reytinqini bir daha təsdiqlədi

Moody's “Bank Respublika”nın yüksək reytinqini bir daha təsdiqlədi
09.10.2020 11:25
Moody's beynəlxalq reytinq agentliyi "Bank Respublika”nın uzunmüddətli kredit reytinqini bir daha "B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Reytinqin təsdiq olunması bankın yüksək kapitallaşması, səhmdarların dəstəyi, mənfəətin artması və eləcə də bankın yetərli qədər likvidliyi ilə bağlıdır.

Moody's mütəxəssisləri, Bankın kapital göstəricilərinin yaxın 12-18 ay ərzində sabit qalacağını və bunun maliyyə ehtiyatlarının yaradılması üzrə xərclərin mümkün artması təqdirdə, kapitalın daxili artım potensialı sayəsində mümkün olacağını qeyd ediblər. Kreditlərin ümumi aktivlərdəki payının yüksək olmaması və likvid vəsaitlərin buferinin yetərli səviyyəsi, "Bank Respublika”ya rəqib banklarla müqayisədə daha yüksək risklərin qarşılanmasına imkan yaradır.

Bundan başqa, 2020-ci ilin avqust ayının sonuna I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,7%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,9% təşkil edib ki, bu da minimal normativ tələblərdən müvafiq olaraq 5%-dən və 10%-dən çoxdur.  

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol