• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə qoşulmaq üçün son 6 gün

“Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinə  qoşulmaq üçün son 6 gün
27.01.2021 09:22
"AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi "Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi uğurla davam edir.
 
Müsabiqənin layihə qəbulu mərhələsi 6 gün sonra, 1 fevral tarixində yekunlaşacaq. Azərbaycan qızılından istehsal edilən sikkələrin dizaynı üçün həll çeşidliliyinin artırılması, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Ordumuzun parlaq qələbəsi və Qarabağın tarixi-mədəni dəyərlərinin təbliği məqsədilə keçirilən müsabiqəyə bu günədək 400-dən çox dizayn nümunəsi göndərilib.
 
Növbəti mərhələdə müsabiqə şərtlərinə cavab verən bütün nümunələr ölkənin tanınmış mütəxəsislərindən, dizayner və rəssamlarından təşkil edilmiş münsiflər heyəti tərəfindən estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında qiymətləndiriləcək.

İlk 3 yerin qalibi diplom və pul mükafatı (1-ci yer 3000 AZN, 2-ci yer 2000 AZN, 3-cü yer 1000 AZN) ilə təltif ediləcək. Əlavə olaraq, müsabiqədə iştirak üçün seçilən bütün layihələr www.azergold.gift saytında onlayn səsverməyə çıxarılacaq. Ən çox səs toplayan layihə "İzləyici rəğbəti” nominasiyası üzrə qalib elan ediləcək və qalibə 1000 AZN məbləğində pul mükafatı təqdim olunacaq.

Xatırladaq ki, müsabiqənin qalibi qismində seçilmiş dizayn nümunələri əsasında nominal dəyəri olmayan yeni qızıl sikkələrin istehsalı planlaşdırılır.
 








www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol