• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı

Bank Respublika Mobil Şöbə ilə “Qarabağ Dirçəliş Fondu”na ianə etmək imkanını yaratdı
28.01.2021 15:16
2020-ci ildə ən böyük uğurumuz şübhəsiz ki, Vətən müharibəsində qazandığımız tarixi qələbəmiz oldu. Artıq ölkəmizin inkişaf tarixində tamamilə yeni bir dövr başlayır. Bu mərhələdə işğaldan azad edilmiş ərazilərimizin yenidən həyata qaytarılması Azərbaycanın daha da gücləndirilməsini təmin edəcək. 

Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradıldı.

Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən Bank Respiblika "Qarabağ Dirçəliş Fondu”na 200 000 manat məbləğində vəsaiti köçürməyi özunə borc bildi. Qeyd edək ki, bundan əvvəl  "Koronavirusla Mübarizəyə Dəstək Fondu”, "Silahlı Qüvvələrə Yardım Fondu” və "YAŞAT Fondu”na vəsait ianə edən ilk banklardan biri də məhz Bank Respublika olmuşdur.

Bank, bununla yanaşı, Fonda dəstək olmaq istəyən müştəriləri üçün də yeni imkan yaradıb. Belə ki, indi bütün Mobil Şöbə istifadəçiləri istənilən məbləği bir toxunuşla "Qarabağ Dirçəliş Fondu”na  köçürə biləcəklər. Qeyd edək ki, "Qarabağ Dirçəliş Fondu”na istər vətəndaşlar, istərsə də müəssisələr tərəfindən edilən bütün ianə və köçürmələr "Bank Respublika”da komissiyasız və məhdudiyyətsiz həyata keçirilir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol