• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi

Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
04.03.2021 13:39
Unibank öz  brend strategiyasının əsas istiqamətlərindən olan korporativ sosial məsuliyyət sahəsində ölkəmizin inkişafına, vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək olan vacib layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Böyük Vətən müharibəsi, Zəfər Günü ilə tariximizə yazılan 2020-ci ildə də Bank tərəfindən müxtəlif KSM layihələri həyata keçirilib. Bunların içərisində mənəvi baxımdan yüksək dəyər daşıyan, şəhid ailələrinə dəstəklə bağlı layihələr xüsusilə yaddaqalan olub.
 
Bu layihələrdən biri torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərinin Unibank tərəfindən evlə təminatıdır. Bank bu layihəni tərəfdaşları üçün ayırdığı Yeni il hədiyyəsi büdcəsi hesabına həyata keçirdiyi üçün "Unibank”ın partnyorları da bu layihədə iştirak etmiş oldu. Ev artıq ailəyə təqdim edilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, Unibank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq. 


Vətən torpağı uğrunda canından keçən hər bir şəhidimizin haqqı ödənilməzdir. Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə dövlət başçısı tərəfindən "Cəsur döyüşçü”, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunan, cəmi 21 il yaşasa da həyatı, qəhrəmanlığı böyük kitablara mövzu olan şəhid Tural Məmmədovun qısa ömür yolundan bəhs edən videonu təqdim edirik: 
https://youtu.be/Z0QwhwUAROY



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol