• $
  • €
  • ₽
  • ₺
  • £

ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısına düşüb

ARDNF dünyanın ən şəffaf suveren fondları siyahısına düşüb
06.03.2021 14:55
Suveren Fondların şəffaflıq və hesabatlılıq istiqamətində fəaliyyətinin dəyərləndirməsini həyata keçirən Beynəlxalq İqtisadiyyat üzrə ABŞ-nin nüfuzlu
Peterson İnstitutunun tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində ARDNF 64 suveren fond arasında 92 xal toplayaraq 5-ci yerdə qərarlaşmışdır, bu barədə ARDNF yayımladığı press relizdə bildirilir.
.


2019-cu il üzrə qiymətləndirmə cədvəli qlobal suveren fondların vəsaitlərinin idarə  edilməsi, idarəçilik, dayanıqlılıq, şəffaflıq və hesabatlılıq, və eləcə də Santyaqo Prinsiplərinin tətbiqi kimi müxtəlif istiqamətlərin dəyərləndirilməsi əsasında formalaşmışdır. ARDNF 2019-cu il üçün qiymətləndirmədə hər bir kateqoriya üzrə demək olar ki, maksimuma yaxın bal toplamışdır.


Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu eyni zamanda suveren fondlar  üçün vahid beynəlxalq standartlar toplusu olan Santyaqo Prinsiplərinin tətbiqi ilə bağlı da qiymətləndirmə cədvəli tərtib etmişdir. Bu cədvəl 24 Santyaqo Prinsipindən suveren fondların qiymətləndirmə cədvəlinə uyğun gələn 16 prinsipin tətbiqi və eləcə də onların elementlərin dəyərləndirilməsi əsasında
formalaşmışdır. Azərbaycan Dövlət Neft Fondu Santyaqo Prinsipilərinin tətbiqi üzrə qiymətləndirmə cədvəlində də 5-ci mövqedə qərarlaşmışdır.


ABŞ-ın Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu (PİİE) 1981-ci ildə təsis edilmişdir və bu qurum özəl və qeyri-kommersiya təşkilatı olub beynəlxalq
iqtisadiyyatın araşdırılması sahəsində ixtisaslaşmışdır. ABŞ-ın ən nüfuzlu universitetlərindən biri sayılan Pensilvaniya Universitetinin Beynəlxalq elmlər
şöbəsinin rektoru Ceyms Makqann tərəfindən hazırlanmış 2020-ci il "Global Go to Think Tank Index” hesabatına əsasən Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutu ABŞ-ın 1 nömrəli "Think Tank”ı statusunu qazanmışdır və eləcə də 2020-ci il üzrə dünya "beyin mərkəzləri” reytinqində 9-cu mövqedə qərarlaşmışdır. Eyni zamanda PİİE 2016-2019-cu illər üzrə dünyada Beynəlxalq İqtisadi Siyasət üzrə ən mükəmməl beyin mərkəzi sayılır və bu institut eləcə də 2020-ci ildə ən mükəmməl idarəçilik kateqoriyasında birincilik statusuna malikdir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol