• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Rusiyadan Gürcüstana qaz tranzitini təşkil edəcək

SOCAR Rusiyadan Gürcüstana qaz tranzitini təşkil edəcək
17.03.2021 13:39
"Şimali Qafqaz - Zaqafqaziya” magistral boru kəmərinin təmiri ilə əlaqədar Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti qaz tədarükü məsələsinə Dövlət Neft Şirkəti (SOCAR) münasibət bildirilib.


SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında təsdiqləyib ki, "Şimali Qafqaz - Zaqafqaziya” magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır.


"Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub”, - deyə SOCAR rəsmisi qeyd edib.


Qeyd edək ki, Rusiyanın "Qazprom” şirkəti Ermənistana qaz tədarükünü "Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri vasitəsilə Gürcüstan üzərindən həyata keçirir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol