• $
  • €
  • ₽
  • ₺
  • £

Mobil Şöbə ilə öz zövqünüzə uyğun rəqəmsal kart aça biləcəksiniz!

Mobil Şöbə ilə öz zövqünüzə uyğun rəqəmsal kart aça biləcəksiniz!
04.05.2021 19:32
Ölkəmizdə nağdsız ödənişlərin inkişafına və innovasiyalara böyük diqqət ayıran Bank Respublika, müştərilərinə yeni "Digital Card” məhsulunu təqdim etdi.
"Digital Card” –  "Bank Respublika”nın Mobil Şöbə mobil əlavəsi üzərindən ani şəkildə aktivləşdirilən, mal və xidmətlərin dəyərinin İnternet və NFC xidməti vasitəsilə ödənilməsi üçün nəzərdə tutulan VISA kartıdır. Artıq həm bankın müştəriləri, həmçinin Mobil şöbə əlavəsinin istənilən istifadəçiləri  banka getmədən, vaxt itirmədən bir toxunuşla və PULSUZ olaraq Bank Respublikanın Digital Card sahibi ola biləcəklər.

Bu kart üzrə rekvizitləri müştərilər birbaşa olaraq və tam təhlükəsiz şəkildə Mobil Şöbə üzərindən əldə edə və müxtəlif İnternet saytlarında bütün ödənişlərini rahatlıqla apara biləcəklər. Yeni kart – tam olaraq rəqəmsal kartdır və fiziki plastik üzərində çap olunmur. Qeyd edək ki, hal-hazırda kart AZN valyutasında və heç bir xidmət haqqı tutulmadan 1 il müddətinə istifadəyə buraxılır.

Bundan əlavə Azərbaycanda ilk dəfə olaraq müştərilər Mobil Şöbə vasitəsilə Digital Card üçün xüsusi təqdim olunan kataloqdan istədikləri dizaynı seçib öz zövqlərinə uyğun kart görünüşünü təyin edə biləcəklər. Kartın bir əlavə üstünlüyü də odur ki, aktiv olunandan dərhal sonra, onu NFC xidmətinə qoşaraq smartfon vasitəsilə ödəmələrdə də ondan istifadə etmək mümkün olacaqdır. (NFC-ni dəstəkləyən Android cihazlarında)

Vaxt itirmədən Mobil Şöbə əlavəsini yükləyin, öz zövqünüzə uyğun dizaynda rəqəmsal kart sahibi olun!

Bank Respublikanın Mobil Şöbə əlavəsini həm PlayMarket, həm də AppStore-dan yükləmək mümkündür.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

 

 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol