• $
  • €
  • ₽
  • ₺
  • £

TAP ilə hidrogenin nəqli ilə bağlı yeni planlar təqdim edilib

TAP ilə hidrogenin nəqli ilə bağlı yeni planlar təqdim edilib
20.05.2021 14:25
"White Dragon" ("Ağ Əjdaha") adlandırılan layihə sayəsində Yunanıstanın energetika sistemində karbonhidrogenlərin istifadəsi ümumiyyətlə dayandırıla bilər.

"Report”un Yunanıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə layihəni idarə edən konsorsiumun məlumatında deyilir.

Bildirilir ki, Yunanıstanın bir sıra enerji şirkətlərinin iştirak etdiyi konsorsium genişmiqyaslı "White Dragon" ("Ağ Əjdaha") hidrogen layihəsi ilə bağlı planlarını təqdim ediblər. Bu layihəyə "Advent Technologies”, Yunanıstanın "Hellenic Petroleum”, TAP AG və digər şirkətlər işirak edirlər.

Qeyd edək ki, Yunanıstan 2030-cu ilə qədər kömürlə işləyən enerji istehsalının bir hissəsini qaz stansiyaları ilə əvəz etmək niyyətindədir. Bu səbəbdən də ölkə də qaz anbarları tutumu yaratmaq istəyir. Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün nəzərdə tutulan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) işə salınması və Bolqarıstanla potensial qaz bağlantısı ilə ölkənin regional qaz təchizatı mərkəzinə çevrilməsi də planlaşdırılır.

Layihənin tərtibatçıları bildiriblər ki, onlar enerji və istilik üçün elektroliz yolu ilə yaşıl hidrogen istehsal etmək üçün bərpa olunan elektrik enerjisindən istifadə edəcəklər. Planlara ayrıca olaraq hidrogen boru kəməri də daxil ola bilər.

Gözlənilir ki, inteqrasiya olunmuş "Ağ Dragon” layihəsi ilə TAP dövlətlərarası boru kəməri ilə Yunanıstandan İtaliyaya hidrogen nəqli və ixracının gələcək potensialı hədəf kimi araşdırılacaq.

Layihənin tərtibatçıları hesab edirlər ki, bu layihənin ümumi dəyəri təxminən 9,8 milyard ABŞ dolları təşkil edəcək. Layihə Avropa və Yunanistan səlahiyyətliləri tərəfindən təsdiqlənərsə, 2022-ci ildə araşdırma planlamasından 2029-cu ilə qədər son layihələndirmə mərhələlərinə keçəcək.

Xatırladaq ki, "White Dragon” layihəsi yaşıl hidrogen texnologiyasına əsaslanıb. Bu isə o deməkdir ki, yanacaq bərpa olunan mənbələrdən alınan elektrik enerjisindən istifadə edərək sudan əldə edilir. Eyni zamanda bu hidrogenin qaz boru kəmərlərinə qoşulması nəzərdə tutulur. Layihə mərkəzi istilik, Trans-Adriatik Boru Kəməri ilə ixrac və avtobus, həmçinin yük maşınlarına yanacaq doldurulması üçün nəzərdə tutulub.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), "Snam” (20 %), "Fluxys” (19 %), "Enagás” (16 %) və "Axpo” (5 %) şirkətləridir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol