• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyəli nazir Azərbaycana səfərindən danışıb

Türkiyəli nazir Azərbaycana səfərindən danışıb
31.05.2021 09:12
Türkiyə özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək və bu istiqamətdə Azərbaycanla birlikdə işləyəcək.

"Report"”  xəbər verir ki, bu barədə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfərinin gedişatında bildirib.

Karaismailoğlu qeyd edib ki, bu gün – mayın 31-də, işğaldan azad edilmiş rayonlara baş çəkməyi və türk podratçı şirkətlərin işi ilə tanış olmağı planlaşdırır.
Karaismailoğlu Qarabağdakı qələbədə Türkiyə xalqının Azərbaycan xalqından az sevinmədiyini vurğulayıb.

"Türkiyə Respublikası özünün topladığı təcrübəsi və biliklərini Qarabağın bərpası üçün bölüşəcək, biz birlikdə işləyəcəyik. Bizim həmçinin Naxçıvanda layihələrimiz var. Qısa müddətdə əhəmiyyətli nəqliyyat-loqistika dəhlizlərini təhlil edəcəyik və nəticə əldə edəcəyik”, - Karaismailoğlu deyib.

Onun sözlərinə görə, həmçinin türk tranzit şirkətlərinin yollarda yaranan problemlərini müzakirə etmək planlaşdırılır.

"Qarabağın inkişafı üçün zəruri olan avtomobil və dəmir yolları ilə bağlı mühüm görüşlər keçirdik. Güclü şirkətlərimizin dəstəyi ilə plan və layihələr hazırlayacağıq, onları həyata keçirdikdən sonra bu yerləri ən qısa zamanda dünyanın loqistika və nəqliyyat baxımından ən vacib mərkəzlərindən birinə çevirəcəyik. Türkiyə ilə Azərbaycanı keyfiyyətli, rahat və təhlükəsiz yollarla birləşdirmək üçün hər cür səy göstəririk”, - deyə nazir vurğulayıb.



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol