• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda gəlirləri 190 manatdan az olan neçə ailə var? – STATİSTİKA

Azərbaycanda gəlirləri 190 manatdan az olan neçə ailə var? – STATİSTİKA
04.06.2021 21:30
Azərbaycandakı ailələrin (ev təsrrüfatları) yalnız 6,1%-də adambaşına düşən aylıq gəlir 550 manatdan yüksək olub. 

Yeniavaz.com xəbər verir ki, adambaşına düşən aylıq gəlirləri 120 manatdan aşağı olan ailə olmayıb.

2020-ci ildə Azərabyacanda yaşayış minimumu 190 manat olub. Yaşayış minimum - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Bu səbəbdən də aylıq gəliri 190 manatdan az olan şəxslər yoxsul hesab olunur.

Açıqlanan sonuncu rəsmi statistika göstərir ki, adambaşına düşən aylıq gəlirə görə Azərbaycandakı ailələrin 9,8%-i yoxsul hesab olunur. Azərbaycandakı bütün ev təsərrüfatlarının 9,8%-də adambaşına düşən aylıq gəlir 190 manatdan az olub. Kənd yerlərində bu göstərici 10,6%, şəhər yerlərində isə 9,3% olub.

Azərbaycanda orta hesabla 2 milyon 456 min ev təsərrüfatının olduğunu nəzərə alsaq, o zaman ölkə üzrə təxminən 241 min ev təsərrüfatında adambaşına düşən aylıq gəlir 190 manatdan az olub.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol