• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadiyyatımıza ən çox investisiya qoyan ÖLKƏLƏR - SİYAHI/ FOTO

İqtisadiyyatımıza ən çox investisiya qoyan ÖLKƏLƏR - SİYAHI/ FOTO
17.06.2021 20:14
2021-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa investisiyaların həcmi artıb.

Anews.az  "Oxu.Az"a istinadən xəbər verir ki, müvafiq dövr ərzində Azərbaycan iqtisadiyyatına xarici ölkələrdən 1 400 904 000 dollar investisiya yönləndirilib. Bu isə 2020-ci ilin birinci rübü ilə müqayisədə 212 653 000 dollar və ya 17,9 faiz çoxdur.

Ötən dövrdə ölkəmizə ən çox investisiya yatıran ölkə Birləşmiş Krallıq olub. Buradan Azərbaycana 512 865 000 dollar vəsait cəlb edilib. Vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artıb. İkinci iqtisadiyyatımıza ən çox dəstək olan ölkə isə Türkiyədir. Azərbaycana Türkiyədən 211 953 000 dollar sərmayə qoyulub ki, bu da illik müqayisədə 56,2 faiz çoxdur. Vəsaitin həcminə görə siyahıda növbəti ölkə - Malayziyadan Azərbaycana investisiya qoyuluşu isə 2 dəfə artıb və 135 488 000 dollar olub.

İlin birinci rübündə Azərbaycana ən çox sərmayə qoyan 10 ölkə aşağıdakı kimi sıralanıb.

Qeyd edilən ölkələrdən Azərbaycana cəlb edilən investisiyalar ümumi sərmayə qoyuluşu həcminin 94,1 faizini təşkil edərək 1 318 302 000 dollara bərabər olub. Bu isə müvafiq ölkələr üzrə ötən ilin eyni dövründə cəlb edilən vəsaitlərdən 332 893 000 dollar və ya 33,8 faiz çoxdur.

Siyahıda adı qeyd edilən ölkələrlə yanaşı İtaliya, Rusiya, Hindistan, Niderland, İspaniya, Almaniya, Latviya, Lüksemburq, İsveçrə, Çexiya, Qazaxıstan, Fransa, Kanada, Belçika, Koreya, Qətər, Macarıstan və digər dövlətlər tərəfindən də investisiyalar edilib.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol