Azərbaycan Gürcüstandan şərab idxalını 41% artırıb

Bu ilin I yarısında Azərbaycan Gürcüstandan 133 391 şüşə şərab idxal edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Şərab Agentliyindən bildirilib.
Məlumata əsasən, bu, illik müqayisədə 41 % çoxdur.
Hesabat dövründə Gürcüstandan 56 ölkəyə 46,4 milyon şüşə şərab ixrac olunub ki, bu da ötən ilin eyni göstəricisindən 13 % çoxdur. İxracdan əldə olunan gəlir isə 104 milyon ABŞ dolları (+7 %) təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























