• $
  • €
  • ₽
  • ₺
  • £

Rumıniya bu tarixdən Azərbaycandan təbii qaz ala bilər

Rumıniya bu tarixdən Azərbaycandan təbii qaz ala bilər
12.07.2021 11:51
2022-ci ilin iyuluna qədər Bolqarıstan-Yunanıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) ilə Azərbaycan təbii qazı Rumıniyaya çatdırılacaq.
 
Bunu Rumınıyanın energetika naziri Vircil Popesku bildirib.

Onun sözlərinə görə, Rumıniya üçün Azərbaycandan nəql ediləcək təbii qaza maraq, prinsipcə, sonda Qara dəniz şelfindəki layihələr üzrə əməliyyatların başlayacağı ilə bağlı nikbin ssenari çərçivəsində nəqliyyat haqları ilə əlaqəli olmalıdır. Rumıniyadakı qaz boru kəmərlərinin operatoru olan "Transgaz” şirkəti artıq yerli istehlakçılardan BRUA boru kəməri ilə çəkilən xərclərə görə ödəniş alır, baxmayaraq BRUA kəməri isə hələki boş qalır.

Azərbaycan təbii qazı Rumıniyaya BRUA kəməri ilə nəql edilməsi gözlənilir.

Vircil Popesku bildirib ki, Sofiyada keçirilən Üç Dəniz Təşəbbüsü Sammitində iştirakı çərçivəsində Bolqarıstandakı həmkarı, bu ökənin energetika naziri Andrey Jivkov ilə işgüzar görüşü olub. O bildirib ki, danışıqlarda iki dövlət arasında ikitərəfli münasibətləri gücləndirmək üçün gələcək fəaliyyətlər müzakirə edilib.

Eyni zamanda yenilənə bilən enerji (hidro və dəniz küləyi) sahəsindəki gələcək investisiya layihələrində elektrik enerjisi ötürülməsi üçün əlaqənin artması haqqında müzakirələr aparılıb”.

Nazir bildirib ki, Bolqarıstan-Yunanıstan İnterkonnektoru 2022-ci ilin iyul ayına qədər istifadəyə veriləcək: "Yunan limanlarından Azərbaycan qazının və mayeləşdirilmiş qazın BRUA-ya çatması üçün təminat artıq alınıb”.

Rumıniya-Bolqarıstan interkonnektoru, eləcə də BRUA layihəsi Xəzər və Aralıq dənizlərindən, Yaxın Şərq və ya Mərkəzi Asiyadan təbii qaz mənbələrinin Mərkəzi və Qərbi Avropa bazarlarına inteqrasiyasını təmin edəcək.

BRUA Macarıstana ildə 4,4 milyard kubmetr, Bolqarıstana 1,5 milyard kubmetr qaz nəql etməyə imkan verəcək.

Uzunluğu 1 318 km olan qaz kəmərinin Rumıniya ərazisindəki tikintisinin ümumi dəyəri 480 milyon avro təşkil edib. Qaz kəmərinin inşasına Avropa Birliyi 179 milyon avro, Avropa İnvestisiya Bankı 50 milyon avro kredit ayırıb. "Transqaz" şirkəti isə layihəyə 149 milyon avro vəsait xərcləyib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol