Yeni vaqonlar alınacaq

“Bakı Metropoliteni” QSC Fransadan yeni metro vaqonlar alacaq. Bu barədə ANS PRESS-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, bildirib ki, artıq bu məqsədlə Fransa şirkətləri ilə anlaşma memorandumu imzalanıb: “Fransa prezidenti Azərbaycana gələndə 3 şirkətlə 5 anlaşma memorandumu imzalanıb. Burada sadəcə yeni vaqonların alıınmasından söhbət getmir. Memoranduma yeni stansiyaların tikintisi, xətlərin salınması, dispetçr mərkəzinin qurulması hətta kadr hazırlığı ilə də bağlı məsələlər də daxildir.Bu memorandumun mahiyyəti ondan ibarətdir ki, biz onlarla müazakirələr və danışıqlar aparacağıq. Bizim metronun texniki şərtlərinə və bütün parametrlərinə uyğun olan vaqonlar alacağıq. Bütün bunlar detallarına qədər müzakirə edilməlidir”.N. Paşayev ötən il alınıb və bir neçə dəfə xəttə buraxılan metro vaqonların aqibəti məsələsinə də aydınlıq gətirib: “Bu barədə məlumatları mətbuatdan oxumuşam. Məndə heç bir məlumat yoxdur. Amma hazırda bizdə ehtiyatda olan yeni vaqon yoxdur”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















