• $
  • €
  • ₽
  • ₺
  • £

Metrodadakı tüstülənmənin səbəbləri açıqlandı

Metrodadakı tüstülənmənin səbəbləri açıqlandı
16.05.2014 15:38
Metroda baş verən tüstülənmənin səbəbləri məlum olub. ANS TV-nin məlumatına görə, səhər saatlarında Bakı Metropolitenin Koroğlu stansiyasında vaqonlardan birində tüstüləmənin baş verməsinə səbəb vaqonun alt hissəsində mühərriklərdən çıxan naqillərdə boşluq olmasıdır. Qızan naqillərdə ərimə baş verib ki, bu da tüstüləmə ilə müşahidə olunub. Son bir neçə gündür ki, Bakı Metropolitenin vaqonlarında yaranan nasazlıq isə gündəmə vaqonların keyfiyfəti və ümumiyyəitlə sərnişinlərin təhlükəsizliyi məsələsini gündəmə gətirdi. Elə Bakı Metropoltienində də deyirlər ki, vaqonların demək olar ki, böyük əksəriyyəti öz istismarını başa çatdırıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Raşayev qeyd edib ki, sözügedən vaqonlar sovet dövründən alınma vaqonlarıdır:"Artıq o qatarlar istismar müddətini başa vurmaqdadır. Hər hansı bir problem olanda isə sadəcə həmin yer təmir olunub. Amma vaqonların yenilənməsi olmayıb. Artıq biz Fransanın bir neçə şirkəti ilə müqavilə imzalamışıq. Yeni vaqonların gətirilməsi nəzərdə tutulur".Qeyd edək ki, hər bir vaqon səhər saatlarında xəttə buraxılarkən texniki baxışdan keçirilir. Amma bu baş verə biləcək hər hansı hadisənin qarşısını almağa qadir deyil. Çünkü vaqonlar köhnə olduğundan təmir edilən nasazlıq bir neçə gündən sonra yenidən özünü biruzə verir. Nəticə isə göz qabağındadır. Artıq Bakı Metropolitenin qatarları təyin olunmuş qrafik üzrə hərəktini bərpa edib. 38 saylı marşurut üzrə hərəkət edən qatarın 4-cü vaqonu isə təmir üçün depoya göndərilib. Stansiyanın girişinə qoyulan məhdudiyyət isə aradan qaldırılıb.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol