• $
  • €
  • ₽
  • ₺
  • £

90.000 manatlıq uduş fondlu lotereyanın növbəti qalibləri

90.000 manatlıq uduş fondlu lotereyanın növbəti qalibləri
14.05.2014 16:33

“Unibank-dan götürdüyüm ilk kredit mənə uğur gətirdi. Götürdüyüm kreditdən də çox, pul uduşu qazandım. Görünür, Unibank-ın müştərisi olmağın üstünlüyü də bundadır.”- bunu Unibank-dan kredit götürdüyü üçün pul uduşu qazanan Nağı Xanabatlı deyir. Unibank-ın  “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  7-ci tirajının qaliblərindən olan Nağı Xanabatlı, indiyədək bir çox banklardan kredit götürdüyünü, amma Unibank-da müştərilərə xidmətin daha yüksək səviyyədə olduğunu deyir.

Səfurə Salayeva da Unibank-dan kredit götürdüyü üçün lotereya qalibləri sıyahısına düşüb: “Həyatımda ilk dəfədir ki lotereya qalibi oluram, çox sevindim.Həmişə filiala kredit ödəməyə gedəndə, bank işçiləri məni çox səmimiyyətlə qarşılayırlar. Unibank-da xidmət səviyyəsindən çox razıyam”.  

Qeyd edək ki, Unibank-ın  “Alkredit plus nağd krediti əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının  7-ci tirajının 26 qalib seçilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən,qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000  manat  pul mükafatı əldə ediblər. 

Lotereya tirajlarında  ümumilikdə 390 lotereya iştirakçısı qalib elan ediləcəkdir. Uduşun ümumi fondu  90 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajın uduş məbləği 6000 AZN   təşkil edir.  Pul uduşu ilk növbədə qalib müştərinin kreditinin ödənilməsinə yönləndirilir və kredit mükafat hesabına tam ödənildikdən sonra artıq qalan məbləğ olarsa, o zaman  qalibə  qalıq məbləğ təqdim edilir. 

Qaliblərin siyahısı bankın saytında  yerləşdirib  (http://www.unibank.az/az/about-bank/news/248/) və “525-ci qəzet”də dərc olunub. Lotereyanın növbəti – 8-ci tirajı  04.06.2014-cü il tarxində keçiriləcək. 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol