• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert parkomatlarda qiymətlər haqqında: Çox bahadır!

Ekspert parkomatlarda qiymətlər haqqında: Çox bahadır!
13.05.2014 20:37
Mayın 12-dən paytaxt Bakının bir neçə yerində yeni park-terminallarının (parkomatların) quraşdırılmasına başlanılıb. Parkomatlarda tariflər isə: 30 dəq - 0,50 qəpik, hər bir saat isə - 1 manatdır.Bu qiymətlər bütün sürücülər üçün nə dərəcədə münasib ola bilər?Təbii ki, bu, çox bahadır. Lakin, bu qərar avtomobillərini uzun müddətə saxlayanlara hesablanmayıb. Yəni, yol kənarında yerləşən mağazalara, kafelərə girmək və ya hər hansı bir işi təcili həll etmək üçün qısa müddətə avtomobillərini saxlayanlara aiddir.Bu barədə Oxu.Az-a açıqlamasında “MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.Onun sözlərinə görə, əgər qiymətlər daha aşağı, 0,2 manat çərçivəsində qəbul edilsə, onda yol kənarlarında avtomobillərdən tərpənmək olmaz.Ekspert parkomatların quraşdırılması kimi yeniliyin paytaxtımızda avtomobillərin parklanmasını tam qaydaya salmasına inanmır. Lakin, o qeyd edir ki, bu yenilik büdcəyə əlavə yığım üçün daha bir vasitədir və digər tərəfdən isə irəli atılmış daha bir addımdır.“Hesab edirəm ki, şəhərdə tikinti sıxlığını azaltmaq üçün hər yaşayış məhəlləsində, iri ticarət və biznes mərkəzlərinin yanında insanların sıxlığına hesablanmış yerüstü və yeraltı dayanacaqlar tikilməlidir, daha sonra isə müvəqqəti dayanacaqlara tələblər sərtləndirilə bilər”, - deyib N.İbrahimov.Bəzi dövlət qurumlarının nümayəndələri dəfələrlə qeyd edirlər ki, Azərbaycanda Avropa ilə müqayisədə parklanma qiymətləri çox ucuzdur.Ekspertin fikrincə, ola bilər ki, bir çox inkişaf etmiş ölkələrin paytaxt şəhərlərində sıxlığı azaltmaq üçün daha sərt tədbirlərə əl atırlar, amma:“Lakin, bu halda əhalinin dinamiklik indeksi və ödəmə qabiliyyəti mütləq nəzərə alınmalıdır. Ola bilər ki, yüksək qiymətlər əhalinin dinamiklik göstəricisini aşağı salsın və nəticədə biznes mühit pisləşsin, iqtisadi göstəricilər arzu olunmayan səviyyəyə düşsün. Hesab edirəm ki, qiymətlərin tənzimlənməsi yuxarıdan yox, əksinə aşağıdan başlanmalıdır”, - deyib N.İbrahimov.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol