• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə yeni Bakcell Satış və Xidmət Mərkəzi açıldı

Şəkidə yeni Bakcell Satış və Xidmət Mərkəzi açıldı
02.05.2014 15:55

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərini ən yaxşı xidmətlə təmin etmək üçün  paytaxtı və ölkənin bütün regionlarını əhatə edən müştəri xidmətləri və satış mərkəzlərinin sayını artırır. Şirkət Şəki şəhərində yeni  satış və xidmət mərkəzinin açılışını elan edir.  

Heydər Əliyev prospekti 90 ünvanında yeləşən mağaza şənbə və bazar günləri daxil olmaqla hər gün Bakcell abunəçilərinin xidmətində olacaq və onlara tam çeşiddə xidmətlər təqdim edəcək.  Satış və xidmət mərkəzi ən son texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunub. 

“Məqsədimiz bütün regionlarda Bakcell abunəçilərinə ən yüksək səviyyədə  xidmət göstərmək və bu xidmətləri təqdim edən  mərkəzləri abunəçilərimiz üçün daha yaxın və əlçatan etməkdir. Bu məqsədlə biz ölkənin bütün regionlarında satış və xidmət şəbəkəsini genişləndiririk ”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. 

Bakcell Satış və Xidmət Mərkəzi Cin, Klass və Gold abunəçiləri üçün tam çeşiddə məhsul və xidmətlərlə yanaşı ən son model telefonlar, planşetlər və aksesuarların satışını abunəçilərə təqdim edir. 

300- dən artıq pərakəndə satış nöqtəsi, o cümlədən paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol