Bakı Metrosundan nəhəng layihə - "Yaşıl xətt"

“Caspian Mobility Group” müştərək müəssisəsi (BM) “Bakı Metropoliteni” QSC ilə “28 May” stansiyasından başlayan “yaşıl xətt”in (şərti olaraq U15 adlanan) tikintisi üzrə müqavilə imzalayıb.Bu barədə “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nin direktor müavini Samir Qasımov bildirib.“Caspian Mobility Group” Fransanın “Bouygues” şirkəti ilə birgə yaradılıb.Onun sözlərinə görə, müqavilənin dəyəri təqribən 450 milyon manatdır. “Yaşıl xətt”in uzunluğu 3,5 kilometrdir.S.Qasımov deyib ki, bundan başqa, “28 May” stansiyasının yenidən qurulması çərçivəsində “Akkord-Bouygues” artıq inşaat işlərinin aparılması üzrə təkliflərini təqdim edib:“Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir”.//Trend
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















