• $
  • €
  • ₽
  • ₺
  • £

Güclü yanğın söndürüldü - FOTOLAR+ VİDEO+YENİLƏNİB

Güclü yanğın söndürüldü - FOTOLAR+ VİDEO+YENİLƏNİB
24.04.2014 11:15

Bakıda neft çənində qeydə alınan yanğın söndürülüb.Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən  məlumat verilib. Yanğınsöndürənlər alovun qarşısını alıblar.ANN.Az

***

10:56

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda neft çənində baş verən yanğınla bağlı ilkin məlumat açıqlayıb.

ARDNŞ-in mətbuat katibi Nizaməddin Quliyev APA-ya açıqlamasında deyib ki, yanğın ARDNŞ-in Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

Onun sözlərinə görə, yanğın baş vermə səbəbləri aydın deyil.İlkin ehtimala görə, ərazidə alışma olub. Xəsarət alan yoxdur.Hazırda faktla bağlı araşdırma gedir. N. Quliyev gün ərzində hadisə ilə bağlı ətraflı məlumat veriləcəyini də deyib.ANN.Az

***

10:37

Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində neft çənində güclü partlayış hadisəsi baş verib.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 9:00 radələrində başlayan partlayış yanğınla müşayət olunub. Hazırda yanğını söndürmək mümkün olmayıb. Neft çənləri olan ərazi yaşayış məntəqəsinin yaxınlığından yerləşdiyindən təhlükənin daha böyük olduğu bildirilir. Hadisə ilə bağlı partlayış baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin və polisin aidiyyatı qurumlarının əməkdaşları cəlb olunub. Ölən və xəsarət alanlarla bağlı hələlik heç bir məlumat verilmir.Qeyd edək ki, neft çənləri “Şvarsneft” şirkətinə məxsus olduğu bildirilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından AzNews.az-a bildirilib ki, hadisə ilə bağlı quruma çağırış daxil olub və stansiyanın həkim briqadası olayın baş verdiyi yerə yollanıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol