ARDNŞ Azərbaycanda qazdoldurma stansiyaları tikəcək

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ölkədə qazdoldurma stansiyaları tikmək istəyir. “APA-Economics”in məlumata görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, bununla əlaqədar “Azəriqaz” İstehsalat Birliyi və "Məişət Maye Qaz" QSC tərəfindən birgə müəssisəsi təsis edilib: “Artıq bu müəssisə formalaşmaq üzrədir. ARDNŞ tərəfindən Gürcüstanda maye qazın yanacaqdoldurma məntəqəsində satışı təcrübəsi aparılıb. Bu iqtisadi cəhətdən sərfəlidir”. S. Qasımov deyib ki, böyük şəhərlərdə artıq nəqliyyat vasitələri üçün benzindən deyil, maye qazdan istifadə edilir: “Gələcəkdə ictimai nəqliyyatda ucuz yanacaqdan istifadə edilərsə, bu həm insanlar, həm də şirkətlər üçün sərfəli olar”.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















