• $
  • €
  • ₽
  • ₺
  • £

“Azerspace-1” 2014-cü ildə nə qədər gəlir gətirəcək? - Açıqlama

“Azerspace-1” 2014-cü ildə nə qədər gəlir gətirəcək? - Açıqlama
17.04.2014 14:16
Fransanın “EADS Astrium” şirkəti “Azərkosmos”a Azərbaycanın bu il orbitə buraxacağı aşağıorbitli peykinin birgə kommersiya fəaliyyətinə qoşulmaq üçün müraciət edib.“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, bu təklif məsləhətçi şirkət və mütəxəssislər tərəfindən araşdırılır: "Bu, kommersiya layihəsidir. “Azərkosmos” üçün iqtisadi cəhətdən əlverişli olarsa, ona qoşulacaq”. Ə.Abbasov bildirib ki, aşağıorbitli peyklə bağlı tenderdə iştirak edən şirkətlərin sayı çox olduğundan, tenderin müddəti uzadılıb: “Hesab edirik ki, bu, yüksək təşkil olunmuş tenderdir. Yaxın vaxtlarda qalib elan olunacaq”. “Azerspace”-in ikinci planına toxunan nazir bildirib ki, 2017-ci ildə ikinci telekommunikasiya peyki orbitə buraxılacaq və bu istiqamətdə tender şərtləri hazırlanır: “Hələlik hər şey proqram üzrə gedir”. Nazir qeyd edib ki, “Azerspace-1”-in istismarından əldə olunacaq gəlir bu il təxminən 15 mln. dollar təşkil edəcək. “Azərspace-1” bu il kreditlərinin verilməsi üçün müəyyən qədər Maliyyə Nazirliyinin köməyindən istifadə edəcək. Gələn ildən isə artıq plana görə, öz kreditlərini rentabelli fəaliyyətinə görə təmin edəcək.ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol