Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyətini genişləndirəcək

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyətini genişləndirəcək.Buraya yeni texnologiyalar, kosmik texnologiyalar, həmçinin nano və biotexnologiyalar, mikroelektronika, atom enerjisisindən sülh məqsədləri ilə istifadə edilməsi və dünyada qəbul edilmiş digər texnologiyalar aiddir. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib. O, deyib ki, əsasən yeni texnologiyalar üzrə iqtisadi sektorun güclənməsi üçün müəyyən işlər görüləcək: “Hesab edirəm ki, işlərimizi uğurlu həyata keçirsək, iqtisadiyyatımızda elmtutumlu, iqtisadiyyat və innovativtutumlu sahələrin güclənməsinə gətirib çıxaracaq. Digər tərəfdən intellektual potensial, gənc kadrların biliyə olan tələbatı, həmçinin də cəmiyyətin intellektual potensialının güclənməsinə xidmət edəcək”.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















