• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank SWIFT-in Milli İstifadəçi Qruplarının iclasına qatıldı

Kapital Bank SWIFT-in Milli İstifadəçi Qruplarının iclasına qatıldı
13.10.2022 10:18
Kapital Bank 10–13 oktyabr tarixlərində Niderland krallığının Amsterdam şəhərində keçirilən ənənəvi "Sibos 2022” sərgi-konfransında iştirak edib. "Sibos” səfəri çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynal Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) Milli İstifadəçi Qruplarının iclasına qatılıb.


Müxtəlif ölkələr üzrə koordinatorların iştirakı ilə keçirilən SWIFT-in yığıncağında beynəlxalq ödənişlər sahəsində gündəmdə olan mövzular və gələcəkdə keçiriləcək layihələr müzakirə olundu, təqdimatlar keçirildi. Tədbir iştirakçıları yerli bazarlarda SWIFT-in tətbiq olunmasına dair öz təcrübələrini paylaşdılar, texniki və əməliyyat məsələləri ilə bağlı fikirlər bildirdilər. İclasda çıxış edən Nahid Zeynal SWIFT-in Azərbaycandakı fəaliyyəti, həmçinin ölkədə ödənişlər sahəsində uğurla həyata keçirilən layihələr və yeniliklər barədə öz beynəlxalq həmkarlarına məlumat verdi. 


 SWIFT banklar arasında məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemidir. Sistemin biznes imkanlarının təşviqi məqsədilə SWIFT-in Milli İstifadəçi Qrupları fəaliyyət göstərir. Kapital Bank-ın Baş İnformasiya İnzibatçısı Nahid Zeynal 2017-ci ildən SWIFT-in Azərbaycan üzrə İstifadəçilər Qrupunun rəhbəridir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol