• $
  • €
  • ₽
  • ₺
  • £

ABB “ƏDV geri al” xidmətini LeoBank istifadəçiləri üçün də əlçatan etdi

ABB “ƏDV geri al” xidmətini LeoBank istifadəçiləri  üçün də əlçatan etdi
24.10.2022 13:04
ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir, müştərilər üçün yeni dəyərlər yaradır. Maliyyə xidmətlərinin daha səmərəli, hər kəs üçün əlçatan və rahat olması üçün imkanlarını ölkəmizdəki başqa banklarla da paylaşır. 

Belə ki, ABB-nin "ƏDV geri al” xidmətindən artıq LeoBank istifadəçiləri də faydalana bilər. İndi alış-veriş qəbzlərini ABB-nin,  yaxud LeoBankın mobil tətbiqində oxutmağınızdan asılı olmayaq geri qayıdan ƏDV məbləğləri eyni hesabda toplanır. Müştəri həmin vəsaitlərdən hər iki mobil tətbiq vasitəsilə istifadə edə bilir. 
Bundan əvvəl isə eyni imkan Azercell və Hesab.az-la da yaradılıb. Beləliklə, alış-veriş çeklərini artıq həm ABB mobile tətbiqi, həm Azercell, həm Hesab.az, həm də LeoBank tətbiqi vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplamaq olar. 

"ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol