• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan gələn il BTC ilə neft ixracını artıracaq - Əliyev

Azərbaycan gələn il BTC ilə neft ixracını artıracaq - Əliyev
24.10.2022 15:18
Azərbaycan 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını artırmaq niyyətindədir, bunu Prezident İlham Əliyev bildirib.

"Gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə neft ixracı artacaq. Bununla paralel olaraq biz hazırda istifadə olunmayan Bakı-Supsa neft kəmərindən istifadə etmək istəyirik. Bu münasibətlə Gürcüstanın  baş naziri ilə müzakirələr apardıq. Buna böyük potensial və böyük ehtiyac var”, - Əliyev bazar ertəsi Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında bildirib.

Əliyev həmçinin bildirib ki, Gürcüstanın baş naziri ilə danışıqlar zamanı "gələcək enerji siyasəti” müzakirə olunub.

"Cənab Baş nazirin qeyd etdiyi kimi, həyata keçirilən layihələr uğurla işləyir və biz yeni layihələr haqqında düşünürük. Biz dünya bazarlarına qaz ixracını artırmağı planlaşdırırıq. Bu il ixracımız 22 milyard kubmetr təşkil edəcək, 2023-cü ildə daha da artacaq”, - Əliyev bildirib.

O, həmçinin bu ilin iyulunda imzalanmış Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memoranduma uyğun olaraq, 2027-ci ildə Azərbaycan qazının Avropaya ixracının 5 il ərzində iki dəfə artacağını xatırladıb.
 
"Beləliklə, 2027-ci ildə Azərbaycan qazının yalnız Avropaya ixracı 20 milyard kubmetrə çatacaq. Niyyətimiz bunlardır və bizim belə imkanlarımız var”, - deyə Əliyev bildirib.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uzunluğu 1768 km, o cümlədən Azərbaycanda 443 km, Gürcüstanda 249 km, Türkiyə ərazisində isə 1076 km-dir. Kəmərin buraxıcılıq qabiliyyəti ildə 50 milyon tondan artıq neftdir.

Layihə iştirakçıları: BP (30,1%); SOCAR (25%); MOL (8,9%); Equinor (8,71%); TPAO (6,53%); ENI (5%); Itochu (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), TotalEnergies (5%) və ONGC (2,36%).

2021-ci ildə BTC ilə vurulan neftin həcmi 26 milyon 421,5 min ton təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 3,9% azdır.

2022-ci ilin 9 ayı ərzində BTC boru kəməri ilə nəql edilən neftin həcmi 21 milyon 688,4 min ton (artım 10,8%) təşkil edib.

Hazırda BTC neft kəməri ilə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft və "Şahdəniz” yatağından hasil edilən kondensat, həmçinin SOCAR nefti vurulur. BTC həmçinin Xəzər dənizi regionunun bir sıra digər ölkələrindən də neft nəql edir.

2020-ci il dekabrın 31-də Azərbaycan TAP vasitəsilə Avropaya - İtaliya, Yunanıstan və Bolqarıstana qaz nəqlinə başlayıb.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 11,5 milyard kubmetr proqnozlaşdırılır.

Bundan əlavə, Azərbaycan qazı Türkiyəyə (TANAP qaz kəmərləri və Cənubi Qafqaz Boru Kəməri, SKTM) və Gürcüstana (SKTM və Qazıməhəmməd-Qazax qaz kəməri ilə) ixrac edilir.

2021-ci ildə Azərbaycan 19 milyard kubmetr qaz ixrac edib.
 
N.Təbrizli


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol