• $
  • €
  • ₽
  • ₺
  • £

Nizami Telefon Qovşağında ciddi maliyyə pozuntuları aşkarlanıb

Nizami Telefon Qovşağında ciddi maliyyə pozuntuları aşkarlanıb
10.04.2014 19:08
Azərbaycan Hesablama Palatası Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağında ciddi maliyyə və vergi nöqsanları aşkarlayıb.APA-nın məlumatına görə, bu barədə Hesablama Palatasının 2013-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir. Belə ki, Vergi Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyərək vergi tutma məqsədləri üçün gəlirdən çıxarılan xərclərin 2010-2012-ci illərdə azaldılması səbəbindən ümumilikdə 5 487 8, 46 manat məbləğində mənfəət vergisi, əsas vəsaitlərin vergiyə cəlb olunan orta illik qalıq dəyərinin əmlak vergisinin bəyannaməsində tam həcmdə nəzərə alınmaması ilə 5 695, 99 manat məbləğində əmlak vergisi azaldılıb. Eyni zamanda hesabdan pul vəsaitinin ödənilməsinin Mülki Məcəllə ilə nəzərdə tutulmuş növbəliliyi ciddi pozulmaqla nağd qaydada (kassadan) 105,6 manat məbləğində məxaric əməliyyatları aparılıb, qovşağın nizamnaməsinin bir sıra müddəaları müvafiq qanunvericilik aktlarına uyğun olmayıb. Hesablama Palatası Kollegiyası bu auditin nəticələrini müzakirə edərək aşkar olunmuş faktlar ilə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi üçün qərar qəbul edib, həmin qərarı Nizami Telefon Qovşağına, Bakı Telefon İstehsalat Birliyinə və Vergilər Nazirliyinə göndərib. Nəzarət tədbirinin nəticələri barədə Milli Məclisə məlumat verilib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol