Bakıda qapalı tipli yeni yol ötürücüsü tikilir

Böyükşor küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsində qapalı tipli yol ötürücüsünün tikintisinə başlanılıb.Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolun uzunluğu 610 metr, eni 26 metrdir. Yanaşma yollarının uzunluğu isə 1 100 m təşkil edir. “Hazırda tunelin qapalı hissəsinin üzlük piltələrinin quraşdırılması, tavan hissəsinin alkopanla üzlənməsi, işıqlandırma sistemi, yan yollara mərmər bordürlərin qoyulması işləri həyata keçirilir. Gələn ayın əvvəlindən yanaşma yolları asfaltlanacaq”, - deyə P. Mürsəliyev əlavə edib. Qeyd edək ki, yayda, təqribən iyun-iyul aylarında bütün işlərin yekunlaşması nəzərdə tutulub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















