• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell kampaniyaları “Felis Azərbaycan”da 9 mükafat qazandı!

Azercell kampaniyaları “Felis Azərbaycan”da 9 mükafat qazandı!
23.11.2022 11:09
Şirkətin həyata keçirdiyi üç marketinq kampaniyası müxtəlif nominasiyalar üzrə mükafata layiq görülüb
 
 
Ölkənin lider mobil operatoru "Azercell Telekom” reklam və marketinq sahəsində effektiv və yaradıcı əməyi qiymətləndirən "Felis Azərbaycan" tərəfindən yüksək dəyərləndirilib. İstanbulda təşkil olunan yarışma bu il ilk dəfə olaraq Azərbaycanı da əhatə etmişdir. Beləliklə, Azərbaycandan qatılan "Azercell” həyata keçirdiyi son üç böyük kampaniyaya görə 9 mükafata layiq görülmüşdür:
"İstəSən” tarifi kampaniyası: iki qızıl və iki gümüş mükafat

"Azercell 25 il” kampaniyası: üç gümüş mükafat  

"Nizami Gəncəvi İli” kampaniyası: iki bürünc mükafat 

 "Felis Mükafatları" 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunda innovativ yanaşma və kreativlik baxımından fərqlənən layihələrin dəyərləndirilməsini həyata keçirir. 2022-ci ildə müsabiqə Azərbaycan üzrə də təşkil edilmişdir. Ölkəmizdə fəaliyyət göstərən reklam və marketinq sənayesinin yaradıcı şirkətləri 7 bölmə və 43 kateqoriya üzrə yarışmada iştirak edirdilər. Marketinq sahəsində özünəməxsus yanaşması ilə seçilən və dəfələrlə beynəlxalq müsabiqələrdən mükafatlarla qayıdan "Azercell Telekom”un həyata keçirdiyi işlərin bu festivalda da fərqlənməsi təqdirəlayiq haldır.  





 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol